AZ

Türkiyə mətbuatı, 6 sentyabr 2024

 

“Vatan”: Tarixi zirvə dünya mətbuatında əks-səda doğurdu

  Misir prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə ilk səfəri dünya miqyasında böyük əks-səda yaratdı. Qəzetlər Misirlə Türkiyə arasında yeni səhifənin açıldığını yazaraq Ərdoğanla Sisinin Qəzza mövzusunda ortaq mövqe tutduqlarına diqqət çəkdi.

“Haber Turk”: Xarici işlər naziri Fidan “Qəzzada soyqırımın əsas məsuliyyəti Netanyahunun özüdür”

  Türkiyənin Xarici işlər naziri Hakan Fidan 5 sentyabrda Skopyedə Şimali Makedoniyanın Xarici işlər və xarici ticarət naziri Timko Mucunski ilə görüşündən sonra deyib: “Qəzzaya edilən hücumlarla soyqırımın əsas məsuliyyəti Netanyahunun özüdür".

“Sabah”: Putin “Ərdoğan bu məsələdə mühüm rol oynayıb” dedi

  Rusiya prezidenti Vladimir Putin 2022-ci ildə İstanbulda Ukrayna ilə razılaşma əldə edildiyini xatırladıb və Türkiyə prezidenti R.T.Ərdoğanın çox mühüm rol oynadığını bildirib. Ukrayna ilə danışıqları Rusiyanın rədd etmədiyini söyləyən Putin “Ancaq bəzi müvəqqəti tələblər əsasında deyil, İstanbulda razılaşdırılan və faktiki olaraq imzalanan sənədlər əsasında görüşməyə hazırıq” deyib.

“Hürriyet”: Türkiyə-Misir uçuşları ikiqat artacaq

  Türkiyınin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu mülki aviasiya sahəsində imzalanan anlaşma memorandumu ilə Türkiyə ilə Misir arasında təyyarə uçuşlarının ikiqat artacağını bildirib.

“Star”: İstanbul Hava Limanı 26 avqust - 1 sentyabr tarixləri arasında Avropanın ən işlək hava limanı oldu

  Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının 26 avqust - 1 sentyabr tarixləri üçün Avropa Aviasiya Hesabatında İstanbul Hava Limanı sözügedən dövrdə gündə orta hesabla 1494 uçuşla “Avropanın ən işlək hava limanı” olaraq qeyd edilib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
trt.net.tr

1Mənbələr