AZ

Yaponiya Belarusa etiraz notası göndərdi

Rəsmi Tokio yaponiyalı Masatoşi Nakanişinin məxfi fəaliyyətdə ittiham olunaraq saxlanılması ilə bağlı məlumatın yayılmasından sonra Belarusa etiraz edib.

Bu barədə sentyabrın 6-da Yaponiya Nazirlər Kabinetinin katibi Yoşimasa Hayaşi mətbuat konfransı zamanı bildirib. Etiraz Belarusun dövlət televiziyasında saxlanılan şəxslə bağlı verilişin yayımlanması ilə əlaqədar elan edilib. “Biz israrla verilişin ləğvini tələb etdik və onun hələ də yayımlanması çox təəssüf doğurur. Yayımlanandan sonra biz Belarus hökumətinə etiraz göndərdik”, – deyə Hayaşi bildirib. O, Yaponiyanın bundan sonra da Yaponiya vətəndaşlarının maraqlarını qoruyacağına diqqət çəkib.

Qeyd edək ki, Masatoşi Nakanişi sentyabrıın 5-də agentura fəaliyyətinədə şübhəli bilinərək Qomel vilayətində həps edilib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
editor.az

1Mənbələr