AZ

Hazırlıq BAŞLADI: Bu ərazilər Azərbaycana QAYTARILACAQ, hərbçimiz özünü ÖLDÜRDÜ! - CANLIda

Hazırda anklavların (Sədərəyin Kərki kəndi və Qazaxın Sofulu, Bərxudarlı və Yuxarı Əskipara-red) qaytarılmasına hazırlıq aparılır.

Bu barədə Ermənistanda “Henaket” analitik mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan deyib. V.Manqasaryan qeyd edib ki, 4 kəndin Azərbaycana təhvil verilməsi tezliklə baş tutacaq. O iddia edir ki, Azərbaycanın əsas məqsədlərindən biri də Ermənistan ordusunun silahsızlaşdırılmasıdır. “Bunu Qarabağda hərbi birlikləri (separatçıların terrorçu dəstələrindən söhbət gedir-red) məhv etməklə həyata keçirdilər. İndi növbə Ermənistan ordusundadır və görünür, buna da nail olacaqlar”, – erməni ekspert deyib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə TV Müsavata Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib:

“Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
musavat.com

2Mənbələr