AZ

Kannavaroya görə – “Qızıl top”u bu 2 futbolçudan biri qazanacaq

İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro bu il “qızıl top”u kimin qazana biləcəyini açıqlayıb.Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, onun fikrincə, mükafatın sahibi “Real”ın futbolçusu olacaq.Kannavaro belə düşünür ki, “qızıl top”a ya Çud Bellingem, ya da Vinisius Junior sahib olacaq. Ona görə, Kilian Mbappe uğurlu mövsüm keçirməyib.Namizədlər arasında Rodri və Dani Karvahal da var. Karvahal “Real”la və İspaniya millisi ilə bütün kubokları qazanıb. İtaliyalı sabiq futbolçunun fikrincə, o, “qızıl top”u qazanmaq üçün unikal bir şey göstərməlidir.“Qızıl top”un təqdimat mərasimi oktyabrın 28-də Parisdə baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
komanda.az

1Mənbələr