AZ

“Kimmix əsl kapitandır!”

Almaniya yığmasının hücumçusu Niklas Fullkruq yarımmüdafiəçi Coşua Kimmixin milli komandanın yeni kapitanı təyin olunmasını şərh edib.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kimmixin əsl kapitan olduğunu bildrib:“Coşua əsl kapitandır, başqalarına nümunədir! O, mənimlə komandada olanda həmişə sevinirəm, çünki onunla qalib gəlmək şanslarımız daha yüksəkdir. Sevinirəm ki, AÇ-2024-dən sonra Kimmix nəhayət, Almaniyada həqiqətən, olduğu kimi qəbul edilir. Ona tez-tez başqa cür baxırdılar. O, çox bacarıqlı oyunçu və həqiqətən də gözəl insandır”.Almaniya yığmasının saabiq kapitanı İlkay Gündoğan AÇ-2024-dən sonra milli karyerasını başa vurduğunu açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
komanda.az

1Mənbələr