AZ

"İncimək üçün belə o adamı sevməlisən"- İradə İsaqdan paylaşım

Jurnalist İradə İsaq feysbuk səhifəsində maraqlı paylaşım edib.

News365.az paylaşımı təqdim edir:

"Anamın tez-tez işlətdiyi, mənim indi fərqinə vardığım bir söz var. "O mənim nəyimdir ki, ondan inciyim".
Deməli, incimək üçün belə o adamı sevməlisən, sənə əziz olmayandan nə incimək, etiraz etmək, haqq aramaq olar ki? Uman yerdən küsərlər, elə deyilmi?
Bir də var gözünü yığdığın adamlar. İnciməyin dibini sənə yaşadanlar.
Olanı olduğu kimi, qəbul edirsənsə, olunanlara sakit reaksiya verirsənsə, başını buraxmısansa, deməli, o adamı, o hadisəni, o durumu, şərtləri sakitcə ürəyində kəfənsiz-ağısız basdırmısan. Reaksiya veriləndə yox, verilməyəndə narahat olmaq gərək. Çünki son deyilən bax o sükutla başlayır."

News365.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
news365.az

1Mənbələr