AZ

Ronaldo 900 qol vuran ilk futbolçu oldu


Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Millətlər Liqasının qrup mərhələsində Xorvatiya ilə oyunda qol vurub.
Yeniavaz.com
xəbər verir ki, Ronaldo üçün bu qol karyerasında 900-cü qol olub. Beləliklə o, tarixdə bu həddə çatan ilk futbolçu olub.
Hücumçu İspaniyanın “Real Madrid” klubunda 450, İngiltərənin “Mançester Yunayted” klubunda 145, İtaliyanın “Yuventus” klubunda 101, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda 68, Portuqaliyanın “Sportinq” klubunda 5, Portuqaliya millisində 131 qol vurub.
O, eyni zamanda “Real Madrid” klubunda, həmçinin, Portuqaliya millisində ən çox qol vuran futbolçudur.
Beynəlxalq Futbol Federasiyasının (FİFA) məlumatına görə, Ronaldo 2022-ci ilin martında rəsmi oyunlarda vurduğu qolların sayına görə avstriyalı və çexoslovakiyalı hücumçu Yozef Bitsanı keçərək, ən çox qol vuran futbolçu olub.
FİFA-nın qeyd etdiyi kimi, Bitsan təxminən 805 qolun müəllifidir. Belə ki, Bitsan 1931-1957-ci illərdə oynayıb. Hücumçu Çexoslovakiyanın “Slaviya”, “Sokol”, “Sokol Şkoda”, “Dinamo Praqa” və “Spartak Brno” klublarında çıxış edib. Bitsan həmçinin Avstriyanın “Rapid” və “Admira” komandalarında da çıxış edib.
Hazırda Ronaldonun ən yaxın təqibçisi Amerikanın “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messidir (838 qol).
Qeyd edək ki, Ronaldonun 39 yaşı var. O, Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur.
Futbolçu 2023-cü ildən “Əl-Nəsr” klubunda çıxış edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
33
yeniavaz.com

10Mənbələr