AZ

Bayden irəli sürülən 9 ittihamın hamısını qəbul etdi

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden 1,4 milyon dollarlıq vergidən yayınma iddiası ilə açılan federal vergi işində ona qarşı irəli sürülən 9 ittihamın hamısını qəbul edib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin 1,4 milyon dollar vergidən yayınmaqda ittiham olunduğu federal vergi işində ani inkişaf baş verib. Qəfil qərarla Hunter Bayden iş çərçivəsində ona qarşı irəli sürülən 9 ittihamın hamısını qəbul etdi. Los Anceles Federal Məhkəməsinin hakimi Mark Skarsi Baydenin 17 ilə qədər həbs və 450 min dollara qədər pul cəzasına məhkum edilə biləcəyini bildirib və qərarın dekabrın 16-da veriləcəyini açıqlayıb.

Cinayət işlərində təqsirli bilinən müttəhimlərin prokurorlarla razılaşaraq daha az cəza ala bildiyi ABŞ-da bu üsula hakim qarşısına çıxmaq istəməyən insanlar tərəfindən üstünlük verildiyi məlumdur. Bildirilir ki, Hunter Bayden 5 noyabrda keçiriləcək prezident seçkiləri öncəsi atasına və Demokrat Partiyasına qarşı siyasi təsir vasitəsi kimi istifadə oluna biləcək detalların həftələrlə davam edən dinləmələrdə üzə çıxmasının qarşısını almağı hədəfləyir.

Əvvəllər narkotik və alkoqol asılılığı ilə mübarizə apardığı bilinən Hunter Bayden, Ədliyyə Nazirliyi tərəfindən ona qarşı irəli sürülən iddiaları araşdırmaq üçün təyin edilmiş xüsusi prokuror David Weiss ofisi tərəfindən Kaliforniyada 1,4 milyon dollar vergidən yayınmaqda günahlandırılır.

İttihamnamədə 3-ü ağır olmaqla 9 vergi ittihamı ilə üzləşən Baydenin 2017 və 2018-ci illərdə 1,4 milyon dollar federal vergi ödəmədiyi və saxta vergi bəyannamələri təqdim edərək vergidən yayındığı qeyd edilib.

Bayden vergiləri vaxtında ödəmək əvəzinə, pullarını dəbdəbəli avtomobillərə, narkotiklərə və ekstravaqant otellərdəki fahişələrə xərcləməkdə ittiham olunur.

Ötən ilin iyulunda xəbərlərdə Baydenin ona qarşı irəli sürülən ittihamlar çərçivəsində prokurorluqla razılığa gəldiyi, lakin tərəflər detallar üzərində razılaşa bilmədiyi üçün razılaşma əldə olunmadığı bildirilmişdi.

ABŞ Konqresindəki Respublikaçılar Hunter Baydeni atasının siyasi mövqeyindən xarici işgüzar əlaqələrdən qazanc əldə etmək üçün istifadə etdiyinə görə, Ədliyyə Departamentini isə Hunter Baydenə qarşı vergi cinayətləri ilə bağlı araşdırmaları düzgün şəkildə yavaşlatdığına görə tənqid edirlər.

Bayden ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Digər tərəfdən Bayden, qeyri-qanuni silah əldə etmə ilə bağlı Delaver əyalətində ona qarşı açılan digər federal işdə mühakimə nəticəsində iyunun 11-də iddianamədə 3 ittiham üzrə münsiflər heyəti tərəfindən günahkar bilinib.

Münsiflər prezidentin oğlunu federal lisenziyalı silah alverçisinə yalan danışmaqda, ərizə formasında narkotik istifadəçisi olmadığını bildirməkdə və 11 gün ərzində qanunsuz olaraq silah saxlamaqda təqsirli biliblər.

ABŞ tarixində ilk dəfə olaraq vəzifədə olan prezidentin oğlu hakim qarşısına çıxıb və ona qarşı irəli sürülən ittihamlarla təqsirli bilinib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
turkustan.az

1Mənbələr