AZ

ABŞ-də aclıq səviyyəsi rekord həddə çatıb

ABŞ-də ötən il aclıq səviyyəsi son on ilin ən yüksək həddinə çatıb.Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Departamentinin hesabatında qeyd olunub. Məlumata görə, 18 milyon şəxs aclıqdan əziyyət çəkib ki, bu da əhalinin 13,5 faizinə bərabərdir.ABŞ-də aclıq faizləri illərlə azalmada olsa da, 2021-ci ildən artımdadır. May ayında “Feding America” adlı aclıq əleyhinə qrup belə nəticəyə gəlib ki, ABŞ-da ac insanların qida ehtiyaclarını ödəmək üçün 33,1 milyard dollar çatışmır. Eyni zamanda ərzaq qiymətlərinin artması da buna təsir göstərir.

Aclıq əleyhinə qruplar deyirlər ki, federal ərzaq yardımı və uşaq vergisi krediti proqramlarının genişləndirilməsi problemi həll etməyə kömək edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
406
metbuat.az

1Mənbələr