AZ

Daha bir türkiyəli futbolçu Rusiyada oynamaq istəmədi

''Spartak''ın türkiyəli futbolçulara marağı davam edir.

Moskva nəhəngi bilindiyi kimi bir müddət öncə ''Qalatasaray''dan Kərəm Aktürkoğlunu transfer edə bilmək üçün dəridən-qabıqdan çıxmışdı. Rusların 13 milyon avroluq təklifinə baxmayaraq Kərəm Rusiyada oynamaq istəməmişdi.

Nəticədə 25 yaşlı futbolçu daha az məbləğə - 12 milyon avroya ''Benfika''ya transfer olundu. ''Spartak'' indi də ''Fənərbaxça''lı Cengiz Ündəri transfer etmək istəyir. ''Ağ-qırmızılar'' 8 milyon avroluq rəsmi təklif irəli sürüblər. Onlar məbləği artırmağa da hazırdılar. Amma dərd orasındadı ki, Cengiz də Kərəm kimi Rusiyaya getmək istəmir. Baxmayaraq ki, bu futbolçu Joze Mourinyonun planlarına daxil deyil. Hər halda Mourinyo onu əsas heyət üzvü kimi görmür.

''Fənərbaxça'' ''Spartak''ın təklifini qəbul etməyə hazırdı. Amma Cengiz ''Rusiyada oynamaq istəmirəm'' deyib. Ötən mövsüm İstanbul nəhənginin 15 milyon avroya transfer etdiyi 27 yaşlı vinger bu klubda 34 rəsmi oyunda 9 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Onun ''sarı-lacivərdlilər''lə 2027-yə qədər müqaviləsi var.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
football-plus.az

1Mənbələr