AZ

Dünya çempionatı: 5 sərbəst güləşçimiz xalçaya çıxacaq

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.

Millimizin 5 üzvü xalça üzərinə çıxacaq.

U-20 dünya çempionatı
Sərbəst güləşi
Təsnifat mərhələsi

57 kq

Bəşir Verdiyev ilk görüşündə Kaio Duarteni (Braziliya) sınağa çəkəcək.

65 kq
Ayxan abdullazadənin rəqibi Daniel Marian Sandu (Rumıniya) olacaq.

70 kq
Ramik Heybətov ukraynalı Bohdan Olenyuk ilə üz-üzə gələcək.

79 kq
Emin Qocayev Adilet Nubekoviçdən (Qırğızıstan) güclü olmağa çalışacaq.

1/8 final
97 kq

Xetaq Karsanovun ilk görüşdə rəqibi Aitenir Maksatovla (Qırğızıstan) qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 1 gümüş, 2 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
idman.biz

1Mənbələr