AZ

Dünya 2024-cü ildə ən isti yayını yaşadı - RREKORD

Dünya
Avropa İttifaqının (AB) “Copernicus” peyk nəzarət sistemi, 2024 yayının dünya üzrə "ən isti yay" olaraq qeydə alındığını açıqlayıb. 1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, 2024 avqust ayı, 1991-2020 ortalamasından 0,71 dərəcə yüksək olaraq qlobal miqyasda ən isti avqust oldu.
2024-cü ilin iyun-avqust aylarında temperatur 1991-2020-ci il ortalamasını 0,69 dərəcə keçdi və bununla da, bu yay "ən isti yay" kimi tarixə düşdü. Qeyd olunub ki, Avropada temperatur ortalaması 1,54 dərəcə yüksələrək 2022-dəki rekordu keçdi. Avropada bəzi yerlərdə ortalamadan aşağı temperatur və yağıntı olsa da, ümumilikdə cənub və şərqdə istiliklər daha yüksək olub. Qlobal olaraq isə Antarktikanın şərqi, Texas, Kanada və Afrikanın şimal-şərqində temperatur ortalamadan yüksək olaraq qeydə alınıb.

Copernicus İqlim Dəyişikliyi Xidmətinin müavini Samantha Burgess, bu rekordların davam etməsinin 2024-cü ilin "ən isti il" olma ehtimalını artırdığını vurğuladı və istixana qazlarının azalmasının vacibliyini qeyd etdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
1news.az

2Mənbələr