AZ

Mixail Saakaşvilinin partiyasına qoyulacaq qadağa ölkə üçün çox ağrılı olacaq – Gürcüstan baş nazirinin müavini Teya Sulukiani

Gürcüstanın ən böyük müxalifət partiyası olan və vaxtilə ölkənin keçmiş lideri Mixail Saakaşvili tərəfindən təsis edilmiş “Vahid Milli Hərəkat Partiyası”na qoyulan qadağa ağrılı olacaq.

Editor.az xəbər verir ki, bu açıqlama ilə respublikanın baş nazirinin müavini Teya Sulukiani çıxış edib. “İmedi” telekanalı xəbər verir ki, buna baxmayaraq, Teya Sulukiani hələ də hakimiyyətin bunu etməli olduğunu deyir. “Bu, çətin, cəsarətli, ağrılı addım olacaq, lakin “Gürcü arzusu” bunu etməlidir ki, yaradılacaq yeni partiyalar daha yaxşı siyasi xəttə malik olsun”, – Baş nazirin müavini bildirib.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
editor.az

1Mənbələr