AZ

Tovuzda futbol üzrə nümunəvi çıxışlar

Tovuz şəhər Mərkəzi stadionunda Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə futbol üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev çıxış edərək rayonda futbol idman növünün inkişafda olan idman növlərindən olduğunu və son dövrlər əldə olunan yüksək nailiyyətləri qeyd edib.

Bu istiqamətdə görülmüş işlərin rayonda uşaq futbolunun inkişafına da xüsusi təsir göstərdiyini qeyd edib.

Daha sonra nümunəvi çıxışlar məşqçi-müəllim Elxan Abdıyevin təlimatları əsasında davam edib və böyük maraqla izlənilib.

Tədbirdə ümumilikdə 34 nəfər idmançı iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
rekord.az

1Mənbələr