AZ

İstanbulda yaşayış xərcləri 70 min lirəyə yüksəlib

Yazını böyüt
Yazını kiçilt

İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı İstanbul Planlaşdırma Agentliyi meqapolisdə yaşayış xərclərini hesablayıb.

Hafta.az-ın yazdığına görə, avqust ayında 4 nəfərlik ailənin yaşayış dəyəri 70 min lirəyə yaxınlaşıb. Bu isə o deməkdir ki, 68933 lirə olaraq hesablanan əməkhaqqı keçən ilə görə 61,8 faiz artıb.

Araşdırmaya görə, yaşayış minimumu iyul ayı ilə müqayisədə 2383 lirə artıb. Bu, aylıq 3,58 faiz artım deməkdir.

Araşdırmada 4 nəfərlik ailənin ehtiyac duyduğu bütün növ məhsullar nəzərə alınıb. Bu məhsullar arasında ötən ilə nisbətən qiyməti ən çox bahalaşan məhsul tualet kağızı olub. Tualet kağızı qiymətlərində artım 125 faizə çatıb.

Agentlik mütəmadi olaraq hər ay İstanbulda yaşayış xərcləri ilə bağlı araşdırma aparır. Araşdırmada ortaya çıxan rəqəmlər TÜİK-in açıqladığı aylıq və illik artımların üstündədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
hafta.az

1Mənbələr