AZ

Vladimir Putinin bəyanatı Donald Tramp çaş-baş salıb: Bilmirəm, o məni təhqir edib, yoxsa yaxşılıq edib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisi dəstəkləyən Vladimir Putinin sözlərinə necə reaksiya verəcəyini bilmədiyini bildirib.

Editor.az xəbər verir ki, Tramp bu mövzunu Nyu York İqtisadi Klubunda çıxışı zamanı qaldırıb. “Putin bu gün danışdı. Kamaləni dəstəklədi… Bu barədə dəqiq nə deyəcəyimi bilmirəm. Bilmirəm, o məni təhqir edib, yoxsa yaxşılıq edib”, – Donald Tramp deyib.

Xatırladaq ki, dünən, sentyabrın 5-də Putin deyib ki, ABŞ-da keçiriləcək seçkilərdə Kremlin favoriti hazırkı prezident Co Bayden olub. Bununla belə, o, prezidentlik yarışından çıxdığına görə, vitse-prezident Kamala Harrisi dəstəkləməyə çağırıb və Kreml bunu edəcək. O, xanım Harrisin “ifadəli və yoluxucu gülüşü” olduğunu, bu da onun “yaxşı olacağını göstərir”, Putin deyib. ABŞ Ağ Evi cavab olaraq bildirib ki, əgər Vladimir Putin ABŞ-dakı prezident seçkiləri ilə bağlı danışmağı dayandırsa, minnətdar olacaqlar. Donald Trampın özü də rəqibinin gülüşü barədə istehza ilə danışıb, onu “gülən Kamalə”, həmçinin “solçu radikal və dəli” adlandırıb.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
editor.az

10Mənbələr