AZ

Ağ Ev Putinə ABŞ seçkilərinə müdaxilə etməməyi tövsiyə edib

“Vaşinqton Moskvaya ABŞ prezident seçkilərinə müdaxiləni dayandırmağı tövsiyə edir”. 

Missiya.Az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Rusiya prezidenti Vladimir Putin seçkilərimiz haqqında danışmağı dayandırmalıdır”, - deyə siyasətçi vurğulayıb.

Kirbi qeyd edib ki, ABŞ-nin növbəti prezidentinin kimin olacağını müəyyənləşdirməli olan yeganə adam Amerika xalqıdır.

Qeyd edək ki, ötən gün Putin ABŞ-də keçiriləcək prezident seçkilərində Rusiyanın Kamala Harrisi dəstəkləyəcəyini bəyan etmişdi.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
missiya.az

10Mənbələr