Bu gün U-21 yığmamız AVRO-2025-in (U-21) seçmə mərhələsi çərçivəsində daha bir oyun keçirəcək.
Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv səfərdə Lüksemburq yığması ilə qarşılaşacaq.
21:30 Lüksemburq (U-21) – Azərbaycan (U-21)
“Emil Mayriş” stadionu, Eş şəhəri
Baş hakim: Dezire Qrundbaher (İsveçrə)
Azərbaycan yığması bundan əvvəl Serbiya (0:2), Şimali İrlandiya (0:1), Lüksemburq (3:2), Ukrayna (0:1) və İngiltərə (1:5) ilə oynayıb.
saytlarin hazirlanmasi