AZ

Müxalifət Gürcüstana nə vəd edir?- MARAQLI FAKTLAR

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” olan 2024-cü il parlament seçkiləri üçün yaradılmış “Birlik – Milli Hərəkat” koalisiyası ilk dəfə olaraq prioritetlərini açıqlayıb.

Mixail Saakaşvilinin əsasını qoyduğu “Vahid Milli Hərəkat” ətrafında yaradılan və “Birlik – Milli Hərəkat” adlı koalisiya seçki proqramını ictimailəşdirərək, lakonik şəkildə 5 prioritet sırasına salıb.

Bəs, 5 prioritet nələrdir?

1.    Avropaya inteqrasiya

VMH-in rəhbəri Tinatin Bokuçavanın sözlərinə görə, parlament çoxluğunu əldə edərək, koalisiya Aİ-yə üzvlüklə bağlı danışıqlara başlayacaq. O, belə bir addımın vacibliyini belə izah edib: danışıqlar başlayandan sonra Gürcüstan 14 milyard avro məbləğində fonda çıxış əldə edəcək. Bu vəsaitlə vətəndaşların ehtiyaclarını ödəmək mümkün olacaq. Koalisiya həmçinin xarici agentlərlə bağlı mübahisəli qanunu ləğv edəcəyini, ABŞ ilə azad ticarət razılaşmasına və vizasız səyahətə nail olacağına söz verir.

2.    Gəlir artımı

Bokuçava vurğulayıb ki, koalisiyanın prioriteti yeni və yüksək maaşlı iş yerlərinin yaradılmasıdır. Siyasətçi yarım milyondan çox gürcüsünün işlədiyi halda elə cüzi maaş aldığı statistikaya istinad edib ki, onlar mahiyyətcə işsiz qalırlar. O qeyd edib ki, bu ideyaları həyata keçirmək üçün investisiya cəlb etmək, korrupsiyaya qarşı mübarizə aparmaq, iqtisadiyyatın yaxşılaşdırılması istiqamətində işlər görmək lazımdır. Bütün işləyənlərin orta əmək haqqı 3,5 min lari (təxminən 1,3 min dollar) olmalıdır.

3.    Pensiyaçılar

VMH həmçinin pensiya kreditlərini ləğv etməyi və pensiyaları ən azı 1 min lariyə (təxminən 370 dollar) çatdırmağı vəd edir.

Başqa bir seçki vədi, bütün resept dərmanlarının dövlət hesabına ödənilməsidir.

     Ailə

“Demoqrafik fəlakətin” qarşısını almaq üçün koalisiya uşaq dünyaya gələndə maddi yardım ödəmək və uşaqları məktəblərdə pulsuz qidalandırmaq niyyətindədir. Daha bir addım tələbə yataqxanalarının kütləvi şəkildə tikintisidir.

5.    Monopolistlərə qarşı mübarizə

Bu sahədə Bokuçava “cəsarətli addımlar atacağına, inhisarçıları aradan qaldıracağına və biznes üçün rəqabətli və azad mühit təmin edəcəyinə söz verdi.  Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

News365.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
news365.az

1Mənbələr