AZ

39 yaşlı Kriştiano Ronaldo tarixə düşdü

Bu gün keçirilən oyunlarla Millətlər Liqasına start verilib.

"Operativ Media" xəbər verir ki, A Liqasının 1-ci qrupunda yer alan Portuqaliya və Xorvatiya "Estadio da Luz"da üz-üzə gəlib.

Portuqaliya 7-ci dəqiqədə Dioqo Dalotla önə keçib, 34-cü dəqiqədə Ronaldo ilə fərqi 2-yə yüksəldib. Xorvatiya 41-ci dəqiqədə Dalotun avtoqolu ilə fərqi 1-ə endirib. Portuqaliya 2-1 hesabı ilə qalib gələrək Millətlər Liqasına qələbə ilə başlayıb.

39 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisinin heyətində ikinci qolu vurmaqla yenidən tarixə düşüb.

Təcrübəli ulduz karyerasında 900-cü qolunu vurub. Ronaldo futbol tarixində 900 qol vuran ilk futbolçu oldu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
operativmedia.az

10Mənbələr