AZ

Bakıda təndirxanada partlayışa görə icarədarına cəza verildi

Sabunçu Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Şamil Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, 26 iyun 2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində partlayış baş verib, yanğın hadisəsi olmayıb. 
Nəticədə 5 nəfər yanıq xəsarəti alıb. Onlardan 4-ü 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib.

 

Hadisədən sonra obyektin icarədarı işləyən, 1999-cu il təvəllüdlü Şamil Əsədov saxlanılıb və barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib. 

 

Kamal Məmmədov

 

 

 

Tarix: 6 Sentyabr 2024, 08:59   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
pravda.az

1Mənbələr