AZ

“Tarixdə bu gün” - 6 sentyabr necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

6 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

6 sentyabr Dünya Kitab Oxuma Günüdür:

 

Şəxsiyyət olaraq insanın formalaşmasında, kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət göstərməsində, bədii təxəyyülün, obrazlı və məntiqi təfəkkürün formalaşmasında, eləcə də vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.

 

Azərbaycanın böyük oğlu, dünya şöhrətli alim, qeyri-səlis məntiqi nəzəriyyəsinin müəllifi Lütfi Zadə 6 sentyabr 2017-ci ildə vəfat edib:

 

nəzəriyyəsinin banisi Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurmuşdur. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalmışlar. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub, bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə o, 23 yaşında Amerika Birləşmiş Ştatlarına gələrək, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 

 

Onun dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub.

 

Azərbaycan riyaziyyatçısı, görkəmli alim Mirabbas Qasımov 6 sentyabr 2008-ci ildə dünyasını dəyişib.

 

Azərbaycan şairi və ədibyyatşünası Salman Mümtaz 6 sentyabr 1944-cü ildə sürgündəykən həyatını itirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
16
azedu.az

10Mənbələr