Partlayış sentyabrın 5-də axşam saatlarında Ukraynanın şimalındakı Çerniqovda baş verib.
Doğru.az xəbər verir ki, bu barədə Ukraynanın STRANA.ua nəşri məlumat yayıb.
Mesajda heç bir təfərrüat verilmir. Çerniqov vilayətində hava təhlükəsi xəbərdarlığı rejiminin tətbiq olunduğu məlumdur.
Bundan əvvəl Kiyevin Darnitski rayonunda partlayış barədə məlumat verilmişdi. Ukraynanın Poltava vilayətində də partlayışlar barədə məlumat yayılıb.
DOĞRU.AZ