AZ

“Hizbullah” İsrailə aid briqadanın qərargahına hücum etdiyini bildirib

“Hizbullah” döyüşçüləri İsrail ordusunun 300-cü ərazi briqadasının qərargahına və səhra düşərgəsinə zərbələr endirmək üçün kamikadze dronlardan istifadə edib.

APA xəbər verir ki, bu barədə təşkilatın “Telegram” kanalında yerləşdirilmiş bəyanatında deyilir.

“Cümə axşamı günü İslam müqavimətinə aid pilotsuz təyyarələri Qərbi Qalileyanın Yaara qəsəbəsinin cənubunda yerləşən 300-cü Ərazi Briqadasının qərargahına və səhra düşərgəsinə hücum edib. Nəticədə düşmən qoşunları canlı qüvvə və texnika itkisinə məruz qalıb”, - deyə bəyanatda deyilir.

Bəyanatda həmçinin hücumun İsrail hərbi hava qüvvələrinin, “Hizbullah” döyüşçülərindən birinin öldürüldüyü, bir neçəsinin isə yaralandığı Kafra kəndini bombalamasına cavab olaraq” həyata keçirildiyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
3
apa.az

5Mənbələr