AZ

Ronaldo və Messi son 21 ildə ilk dəfə… Kənarda qaldılar

Xəbər verdiyimiz kimi, “Qızıl top” (Ballon D’Or) mükafatının yekun namizəd siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 2003-cü ildən bəri ilk dəfədir ulduz futbolçular Kriştiano Ronaldo və Lionel Messi eyni vaxtda siyahıdan kənarda qalıblar.

Ronaldo ikinci ildir ki, namizədlər siyahısında yer almır. Messi isə sonuncu dəfə ötən il bu mükafata sahib çıxıb.

Qeyd edək ki, Messi 8 dəfə - 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə “Qızıl top”un sahibi olub.

Ronaldo isə 5 dəfə - 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə bu mükafata layiq görülüb.

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə səsvermə keçirilməyib.

Lionel Messi Amerikanın “İnter Mayami” klubunda, Ronaldo isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda forma geyinir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
sportinfo.az

1Mənbələr