AZ

İordaniya: İsrailin fələstinliləri ölkəmizə deportasiya etmək cəhdi müharibə elanıdır

İordaniyanın xarici işlər naziri Əymən əs-Safedi İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki fələstinliləri İordaniyaya deportasiya etmək cəhdini müharibə elanı kimi qiymətləndirəcəklərini bildirib.

APA xəbər verir ki, əs-Safedi bunu Ammanda səfərdə olan almaniyalı həmkarı Annalena Baerbok ilə birgə mətbuat konfransı zamanı deyib.

İsrailin Qüdsdəki müqəddəs yerlərə basqınları ilə bağlı İordaniyanın məhkəməyə müraciəti üçün lazımi hüquqi sənədləri hazırladığını bildirən nazir bu faylların hansı orqana təqdim ediləcəyi barədə məlumat verməyib.

O vurğulayıb ki, İsrail işğal altındakı İordan çayının qərb sahilindəki fələstinliləri İordaniyaya deportasiya etməyə cəhd edərsə bu İordaniya tərəfindən müharibə elanı kimi qiymətləndiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
4
apa.az

5Mənbələr