AZ

Sığortaçı sığorta ödənişinin qalıq borc məbləğində hissəsini borcverənə verir

Sığortaçı sığorta ödənişinin qalıq borc məbləğində hissəsini borcverənə verir.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Sığorta ödənişi qalıq borc məbləğindən çox olduqda qalan məbləğ müvafiq olaraq sığortalıya, borcverən istisna olmaqla, digər faydalanan şəxslərə və ya sığortalının vərəsələrinə ödənilir.

sığorta məbləği kredit müqaviləsi üzrə əsas borc qalığı məbləğindən çox olduqda, sığorta məbləğinin kredit müqaviləsi üzrə əsas borc qalığı məbləğindən artıq qalan hissəsi kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq sığorta hadisəsinin baş verməsindən əvvəlki son ödənişin edilməli olduğu tarixdən hadisə baş verən günədək hesablanan faizin və sığorta hadisəsindən sonra gecikdirilmiş vaxt üçün hesablanmış gecikdirilmə faizlərinin, dəbbə pulunun və digər haqların ödənilməsi üçün istifadə olunur. Bu ödənişlərdən sonra qalan məbləğ borcverən istisna olmaqla, digər faydalanan şəxslərə və ya sığortalının vərəsələrinə ödənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
heftelik.az

1Mənbələr