AZ

Bakıda ata məktəbli qızına təcavüz edən kişinin BOĞAZINI KƏSDİ

2024-cü ilin yanvarında metronun "Koroğlu" stansiyasının yaxınlığındakı ticarət köşklərindən birində qətl törədilməsi ilə bağlı Nizami Rayon Polis İdarəsi və Prokurorluğuna məlumat daxil olub.

Publika.az oxu.az-a istinadla xəbər verir ki, hadisə yerinə gələn hüquq mühafizə orqanı əməkdaşları məlumatda göstərildiyi kimi, həmin ticarət köşkünün daxilində təxminən 30-35 yaşında olan kişi meyitinin olduğunu aşkar ediblər.

Ona boğazından bıçaqla zərbə endirilib

Meyitin şəxsiyyəti polisə məlum olmadığı üçün ilkin dindirmələr hadisə baş verən köşkün satıcısından başlayıb. Qətlin yeganə şahidi olan Flora Əliyeva (ad və soyad şərtidir) istintaqa verdiyi ifadəsində hər şeyin qəfil, qısa bir zamanda baş verdiyini bildirib:

"Həmişə köşkdə alış-veriş edən taksi sürücüsü Elvin (ad şərtidir) nəsə almaq üçün yenə bura gəlmişdi. O, yenicə içəri daxil olmuşdu ki, onun ardınca orta boylu, qarabəniz bir nəfər də daxil oldu. Bir neçə dəqiqədən sonra qəfil nə baş verdiyini heç özüm də bilmədim. Həmin şəxs arxadan Elvinə bıçaqla zərbələr endirməyə başladı. Bir neçə zərbədən sonra Elvin yerə yıxıldı və döşəmənin üstü al qana boyandı. Hadisəni törədən isə dərhal ordan uzaqlaşdı".

Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rəyinə görə, mərhum sol boyun yuxu arteriyasının və qırtlağın kəsilməsi, sol döş qəfəsinin daxilə nüfuz edən yarası nəticəsində baş verən kəskin qan itkisi səbəbindən dünyasını dəyişib. Həmin şəxsin Binə qəsəbə sakini Elvin Rüstəmov (ad və soyad şərtidir) olduğu məlum olub.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirlərinə start verilərkən polisə məlum olub ki, könüllü hüquq mühafizə orqanlarına təslim olan şəxs sözügedən hadisəni törətdiyini etiraf edib və cinayətdə istifadə etdiyi ov bıçağını da polisə təqdim edib.

Məktəbdən ailəyə edilən təəccübləndirici zəng

Qətli törətdiyini etiraf edən Kərim Həsənov (ad və soyad şərtidir) istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini vurğulayıb. O, qətlə yetirdiyi Elvin Rüstəmovu əvvəllər tanımadığını və onunla heç bir şəxsi ədavəti olmadığını qeyd edib. Hadisə baş verməmişdən bir neçə ay əvvələ təsadüf edir. Kərim işdə olarkən həyat yoldaşı ona zəng edərək 11-ci sinifdə oxuyan qızları Kübra (ad şərtidir) ilə əlaqədar xəbər verib. Həyat yoldaşı bildirib ki, qızları idman dərsinə girməyib. Buna görə Kərim qızının oxuduğu orta məktəbə gedib və Kübranın həqiqətən də orada olmadığını görüb. Mobil telefonuna zəng çatmadığından ailə üzvləri nə edəcəklərini bilməyiblər.

Kərim ifadəsində bildirib: "Qızım 11-ci sinifdə oxuyurdu. Dinə bağlı olduğu üçün başıbağlı gəzirdi, namaz qılırdı. Buna görə də onun məktəbdən kənar bir yerə getməsini təsəvvür etmirdik. Məktəbdə müəllimələrdən biri onun taksiyə əyləşərək ordan uzaqlaşdığını bildirdi".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
15
publika.az

2Mənbələr