Dünya ulduzu Kriştiano Ronaldo tarixdə rəsmi matçlarda 900 qol vuran ilk futbolçu olub. Matc.az xəbər verir ki, Ronaldo “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 68, millidə isə 131 qol vurub. Hücumçu futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının ən yaxşı bombardiri ünvanına sahib olub. Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisində çıxış edir. Kriştiano millidə 213-cü matça çıxıb. "Transfermarkt" internet portalında 39 yaşlı futbolçunun bazar dəyəri 15 milyon avrodur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta