AZ

UEFA Millətlər Liqasında 2024/2025 mövsümünə start verildi

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə A, C və D Liqaları çərçivəsində 9 oyun baş tutub.

Azərbaycan millisi Bakıda İsveçə uduzub. Yığmamızla eyni qrupda yer alan komandaların görüşündə Slovakiya səfərdə Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.

Avropa çempionu İspaniya turnirə uğursuz start verib. İspanlar səfərdə Serbiyaya ilə heç-heçə oynayıblar.

Günün ən məhsuldar görüşü Qlazqoda qeydə alınıb. Polşa Şotlandiyanı 3:2 hesabı ilə məğlub edib. Portuqaliya isə öz meydanında Xorvatiyaya qalib gəlib.

D Liqasında baş tutan yeganə oyunda San Marinonun Lixtenşteyn üzərində qələbə qazanması günün ən sürpriz nəticələrindən biri olub. Sözügedən komanda 20 il sonra qələbə sevinci yaşayıb. San Marinolular 20 il əvvəl də məhz Lixtenteynlə görüşdə oxşar uğura imza atmışdılar.

UEFA Millətlər Liqasında ilk turun növbəti 8 oyunu sabah keçiriləcək.

UEFA Millətlər Liqası
5 sentyabr

A Liqası, 1-ci qrup

Portuqaliya – Xorvatiya 2:1
Qollar: Dalot, 7. Ronaldo, 34 – Dalot, 41-öz qapısına.

Şotlandiya – Polşa 2:3
Qollar: Gilmor, 46. Maktominey, 76 Şimanski, 8. Levandovski, 44. Zalevski, 90+7-pen.

A Liqası, 4-cü qrup

Danimarka – İsveçrə 2:0
Qollar: Dorqu, 82. Hoybyerq, 90+2.

Serbiya – İspaniya 0:0

C Liqası, 1-ci qrup

Azərbaycan – İsveç 1:3
Qollar: Renat Dadaşov, 82 – İsak, 65; 71. Qyokereş, 80-pen.

Estoniya – Slovakiya 0:1
Qol: Suslov, 70.

C Liqası, 3-cü qrup

Belarus – Bolqarıstan 0:0

Şimali İrlandiya – Lüksemburq 2:0
Qollar: Makneyr, 1. Balyard, 17.

D Liqası, 1-ci qrup

San Marino – Lixtenşteyn 1:0
Qol: Sensoli, 53.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
12
arena.az

10Mənbələr