AZ

Paris-2024: Lamiyə Vəliyeva finalda, Vəli İsrafilov 3-cü oldu

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunmuş Yay Paralimpiya Oyunlarında növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə (T13 kateqoriyası) dünya rekordunu yeniləməklə çempion olan idmançımız bu dəfə bacarığını 400 metr məsafədə göstərib.

Hansı ki, Lamiyə Tokio-2020 paralimpiya oyunlarında məhz bu növdə qızıl medal əldə etmişdi.

Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayıb. Azərbaycan təmsilçisi 56,51 saniyəlik nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub.

Qeyd edək ki, bu yarışın final mərhələsi sentyabrın 7-də baş tutacaq.

Bu gün həm də Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Yay Paralimpiya Oyunlarında qüvvəsini sınayıb. SB13 kateqoriyasında yer alan idmançımız 100 metr məsafəyə brass üsulu ilə çıxış edib.

O, təsnifat mərhələsində ilk “8-liy”ə düşdüyündən həlledici raunda vəsiqə qazanıb. İsrafilov 1 dəqiqə 5,82 saniyə ilə 16 iştirakçı arasında üçüncü olub. Final mərhələsində daha da inamlı çıxış edən idmançımız 1:05:35 nəticə ilə yenə üçüncü yeri tutub. Bununla da o, Paris-2024-ü bürünc medalla başa vurub. Nəticədə Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı 7-yə çatıb. Komandamızın hesabında 3 qızıl, 1 gümüş və 3 bürünc medal var. Azərbaycan bu göstərici ilə 32-ci sırada qərarlaşıb.

Ölkəmizə medal qazandırmış paralimpiyaçılarımız bunlardır:

Qızıl medal
İmaməddin Xəlilov (parataekvondo, 70 kq)
Səid Nəcəfzadə (T12, uzunluğa tullanma)
Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış)

Gümüş medal
Roman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək)

Bürünc medal
Roman Saley (100 metr məsafəyə sərbəst üsulla üzmək)
Sabir Zeynalov (parataekvondo, 58 kq)
Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu üzmək)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
arena.az

10Mənbələr