AZ

"Ermənistanın silahlandırılması və hərbi təlimlərlə dəstəklənməsi sülhə kimin mane olduğunu göstərir"

İkinci Qarabağ müharibəsindən sonra sülh müqaviləsinin bağlanılması üçün müxtəlif formatlarda danışıqlar aparılsa da, göründüyü kimi hələ də bir nəticəsi yoxdur. Keçən 4 il ərzində Ermənistan silahlanıb, sözün əsl mənasında yenidən müharibəyə hazırlıq səviyyəsinə gətirilib. Bu prosesdə qərb ölkələri ilə yanaşı, Hindistan və İran da öz dəstəyini əsirgəməyib.Sülh nə vaxta qaldı?Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanla sülh sazişi ilə bağlı son variant üzərində iş bitmiş sayılır, amma onun imzalanmasına əngəl olan məsələlər hələ razılaşdırılmayıb. Ermənistan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiya dəyişikliyinə getməlidir. Ermənistan bununla bağlı referendumun 2027-ci ildə olacağını ortaya atmaqla faktiki olaraq, bu işin başa çatmasına əngəl törədir.Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı Qafar ÇaxmaqlıQafar Çaxmaqlı qeyd edib ki, Ermənistanın son vaxtlar silahlanması və ABŞ-la ortaq hərbi təlimlər keçirməsi sülh prosesinin sona çatmasına kimin mane olduğunu açıq şəkildə göstərir.“2020-ci il 9 noyabr tarixində üçtərəfli bəyanatda Azərbaycanın qərb hissəsindən Naxçıvana maneəsiz keçid öhdəliyini Ermənistan yerinə yetirməyib. Azərbaycan sülh sazişindən kommunikasiya xətlərinin açılması məsələsini çıxarsa da, Ermənistan yenə qeyri- konstruktiv mövqe tutur. Məğlub ölkə olsa da, bəzi şərtlər irəli sürür. Onlar bölgədə gərginliyin qalmasını ona görə istəyirlər ki, Qərbi bölgəyə gətirmək öhdəliklərini reallaşdıra bilsinlər”-deyən professor vurğulayıb ki, əsas məsələ Rusiyanın bölgədən çıxarılması və ya onun təsir imkanlarının azaldılmasıdır.Qafar Çaxmaqlının sözlərinə görə, Ermənistan konkret olaraq Qərbin və ABŞ-ın alətinə çevrilib.“Əslində, sülh daha çox Ermənistana lazımdır. Mövcud gərginlik müharibə həddinə çatarsa, uduzan yenə Ermənistan olacaq. Ermənistan nə qədər silahlansa və Qərbin dəstəyinə güvənsə də Azərbaycana heç bir şəkildə istəklərini reallaşdıra bilməz”-deyə professor vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
dia-az.info

2Mənbələr