AZ

İstanbulda dənizdə böyük dağıdıcı gücə malik partlayıcı tapılıb - FOTOLAR

İstanbulun  Arnavutköy bölgəsində qayığı ilə dənizə çıxan balıqçı  böyük dağıdıcı gücə malik partlayıcı tapıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, balıqçı tapdığı nəhəng bombanı qayığına bağlayaraq sahilə çəkib.

Məlumata görə, qısa zamanda hadisə yerinə gələn təhlükəsizlik qüvvələri bombanın həcmini gördükdən sonra ərazini insanlardan boşaldıblar: "Hətta yaxınlıqdakı restoranı da boşaltdılar. 4-5 saat çəkən əməliyyatla bomba zərərisz hala gətirildi. İçində partlayıcı olan çox böyük paket idi".

Lamiyə Əhmədli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
mia.az

1Mənbələr