AZ

Daha iki futbolçu “Qarabağ”dan ayrılmaq istəyir – Şahruddinin ardınca...

Şahruddin Məhəmmədəliyevin “Qarabağ”dan ayrılmaq, daha doğrusu, icarə əsasında başqa komandaya yollanmaq istədiyini yazmışdıq.

“Football-plus.az” xəbər verir ki, “köhlən atlar”ı tərk etmək istəyənlərin siyahısı genişlənib. Söhbət Hamidu Keyta ilə Redon Cicadan gedir. Adı “Qarabağ”ın Avropa Liqası üçün iştirak ərizəsinə daxil edilməyən futbolçular forma geymək şansının az olduğunu, habelə Azərbaycan premyer-liqasında top qovmaqla ciddi sıçrayışa nail ola bilməyəcəyini düşünür.
Beləliklə, Keyta və Cica yeni gələn təklifləri dəyərləndirməyə başlayıb. Onlar yay “transfer pəncərəsi” bitənə qədər son qərarını verəcək.

Qeyd edək ki, hər iki futbolçunun “Qarabağ”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
football-plus.az

1Mənbələr