AZ

Red Magic Tablet 3D Discovery Edition planşeti təqdim edilib - QİYMƏTİ

     Nubia şirkətinin Red Magic brendi Red Magic Gaming Tablet adlı gaming planşetindən əlavə olaraq daha bir yeni planşetini də təqdim edib. Təqdim edilmiş ikinci planşet Red Magic Tablet 3D Discovery Edition adlanır. Red Magic Tablet 3D Discovery Edition adlı ikinci planşetin əsas fərqləndirici tərəfi ondadır ki, onun ekranı kontentləri 3D formatda əks etdirə bilir və həmin kontentləri 3D formatda görmək üçün xüsusi eynəklərdən istifadəyə ehtiyac yoxdur. 3D formatı planşet ekranının xüsusi strukturu və 3D ön kamerası təmin edir.     Red Magic Tablet 3D Discovery Edition planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 12.1 düym ölçülü ekranla təchiz olunub. Planşet Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır və 16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. O həmçinin 13 MP + 5 MP ikili arxa kameraya sahibdir. Batareyaya gəldikdə isə Red Magic Tablet 3D Discovery Edition 66 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet artıq Çində satışa çıxıb və onun qiyməti 915$-dan start götürür. Red Magic Tablet 3D Discovery Edition-un digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
technote.az

1Mənbələr