AZ

Almaniya Fələstinə çağırış etdi

Fələstinlilərin təhlükəsizlik və ləyaqət içində yaşamaq haqqı var. İki dövlətlin həll danışıqları daimi sülh üçün yeganə seçimdir.

Demokrat.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Baerbok Səudiyyə Ərəbistanı, İordaniya və İsrailə səfərindən əvvəl verdiyi açıqlamada deyib.

İordan çayının qərb sahilində şiddətin artması riskinin olduğuna diqqət çəkən Baerbok, "Su borularını dağıtmaqla və xəstəxanalara girişi kəsməklə terrorla mübarizə apara bilməzsiniz. Yeni və gənc nəsil məcburiyyət qarşısında qaldıqda heç nə qazana bilməzsiniz”.

Almaniyalı nazir sözləri və hərəkətləri ilə iki dövlətli həlli şübhə altına alan İsrail hökumətinin üzvlərinin ölkələrinin uzunmüddətli təhlükəsizliyini təhlükəyə atdığına diqqət çəkib.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
demokrat.az

1Mənbələr