AZ

Bu ölkə Ukrayna üzrə danışıqlar üçün platforma təklif etdi

Avstriya kansleri Karl Nehammer bildirib ki, Vyana Ukrayna böhranı ilə bağlı danışıqlar üçün platforma təqdim etməyə hazırdır. 

HİT.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki X səhifəsində yazıb.

Nehammer vurğulayıb ki, Avstriya Rusiya prezidenti Vladimir Putinə münaqişənin həlli üçün dinc danışıqlara açıq olduğunu qeyd edib. O bildirib ki, danışıqlar ilkin şərt olmadan və bərabər şərtlərlə baş tutmalıdır.

"Avstriya beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhü dəstəkləməyə hazır olacaq və ATƏT-ə ev sahibliyi edən ölkə kimi danışıqlar üçün forum rolunu oynayacaq", deyə knasler bildirib.

Vladimir Putin WEF-in plenar iclasında bəyan edib ki, Rusiya heç vaxt Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib, lakin bu proses Kiyevin efemer tələbləri əsasında baş tutmamalıdır.

Rusiya lideri onu da qeyd edib ki, Qərb Moskvanı məğlub etmək üçün Ukraynaya 2022-ci ilin yazında Ukrayna münaqişəsinin həlli ilə bağlı əldə edilmiş razılaşmalardan imtina etməyi tapşırıb. Dövlət başçısının da vurğuladığı kimi, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ildə ukraynalılara son ukraynalıya qədər döyüşməyi tapşırmışdı.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
hit.az

1Mənbələr