AZ

Keniyada dəhşət: Olimpiya iştirakçısını benzin töküb yandırdılar

Keniyada 2024-cü il Olimpiadasının iştirakçısı vəhşicəsinə qətlə yetirilib.

Sky News-un yaydığı məlumata görə Rebekka Çepteqey adlı qadına sevgilisi benzin tökərək yandırıb. Uqandalı olan Olimpiya iştirakçısı Çepteqey dəhşətli yanıqlar aldığı üçün dünyasını dəyişib. İlkin məlumatlara görə, bazar günü torpaq sahəsi üstündə baş verən münaqişə zamanı kişi idmançıya hücum edib. Qadın xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
news365.az

1Mənbələr