AZ

Osimhen Türkiyənin 16 klubundan daha dəyərlidi!

Viktor Osimhenin ''Qalatasaray''a sürpriz transferi Türkiyə futbol ictimaiyyətinin əsas müzakirə mövzusu olmaqda davam edir.

Xatırladaq ki, ''transfermarkt''a görə nigeriyalı futbolçunun indiki dəyəri 100 milyon avrodu. O hazırda dünyanın ən bahalı futbolçuları sırasında ilk ''20-lik''dədi. Müqayisə üçün bildirək ki, İngiltərə yığmasının və ''Bavariya''nın əsas qol silahı, ötən mövsümün yekunlarına əsasən ''Qızıl buts'' mükafatını qazanan Harri Keynin də indiki dəyəri 100 milyon avrodu. Osimhen açıq-ara fərqlə Türkiyə çempionatı tarixinin ən dəyərli futbolçusuna çevrilib. Əvvəlki rekord Fərdi Kadıoğlu ilə Nikolo Zanyoloya məxsus idi. Onların dəyəri 30 milyon avro idi. Bu arada yenə də ''transfermarkt''ın rəqəmlərinə əsaslansaq, Osimhen təkbaşına hazırda Turkiyə çempionatında çıxış edən 19 komandadan 16-dan daha dəyərlidi!

Dünyaca ünlü forvard yalnız ''Qalatasaray''dan (281 milyon avro), ''Fənərbaxça''dan (233,5) və ''Beşiktaş''dan (140) geri qalır. Yerdə qalan klublar, yəni ''Trabzonspor'' (96), ''İstanbul BŞ'' (49), ''Çaykur Rizəspor'' (33), ''Samsunspor'' (30), ''Kayserispor'' (28), ''Eyüpspor'' (27), ''Sivasspor'' (24), ''Antalyaspor'' (24), ''Göztəpə'' (24), ''Kasımpaşa'' (23), ''Alanyaspor'' (23), ''Konyaspor'' (20), ''Adana Dəmirspor'' (19), ''Qaziantep'' (18), ''Hatayspor'' (18) və ''Bodrum'' (17) dəyərinə görə öndən geridədi.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
football-plus.az

1Mənbələr