AZ

MSK sədri: Dairələrdən əsas tələbimiz müraciətlərin gecikdirilmədən ciddi araşdırılmasıdır

Bakı, 5 sentyabr, AZƏRTAC

Milli Məclisə seçkilərlə bağlı daxil olan müraciətlərin hüquqi əsası olmalıdır. Seçki dairələrindən bizim əsas tələbimiz müraciətlərin gecikdirilmədən ciddi araşdırılmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın sentyabrın 5-də keçirilən iclasında səsləndirib.

MSK sədri bildirib ki, müraciətlərə Seçki Məcəlləsinin tələblərinə və MSK-nın təlimatına uyğun olaraq qanun çərçivəsində baxılacaq.

Müraciətlərə poçt ştampı olduğu təqdirdə baxılacağını vurğulayan M.Pənahov əlavə edib: “Dairə Seçki Komissiyaları (DSK) müraciətləri 3 gün müddətində araşdırıb bizə göndərəcək. İddiaçının müraciətin nəticəsindən razı qalıb-qalmamağı başqa məsələdir. Araşdırılmalar şəffaf aparılmalıdır. Kim istəsə, həm DSK-da, həm də MSK-da müraciətlərin araşdırılması prosesində iştirak edə bilər”.

O, həmçinin əlavə edib ki, müraciətlər gün ərzində iş vaxtı bitənədək MSK-ya göndərilməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
azertag.az

2Mənbələr