AZ

Avstriya Ukrayna ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazırdır

Avstriya kansleri Karl Nehammer bildirib ki, Vyana Ukrayna ilə bağlı danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

 

Oxu24.com xəbər verir  ki, Bu barədə kansler X sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

“Biz Rusiya prezidentinin Ukrayna ilə sülh danışıqlarına açıq olması ilə bağlı bəyanatlarını nəzərə almışıq. İstənilən danışıqlar ilkin şərt olmadan və bərabər şərtlərlə aparılmalıdır. Avstriya ATƏT-dən ev sahibi ölkə kimi beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhü dəstəkləməyə və danışıqlar məkanına çevrilməyə hazır olacaq”, - deyə siyasətçi yazıb.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
oxu24.com

1Mənbələr