AZ

“Nar” təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı – FOTO

Ən sərfəli mobil operator mövqeyini qoruyan “Nar” sosial layihələrə də dəstəyini davam etdirir. Belə ki, “Nar” 2023-2024-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən ilk on abituriyenti xüsusi hədiyyələrlə təltif edib. Modern.az İnformasiya Agentliyinin dəstəyi ilə keçirilən bu layihə çərçivəsində tələbə adını qazananlara operatordan qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar hədiyyə edilib.

Mükafatlandırma mərasimində tanınmış dövlət, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak edərək, ilin ən uğurlu abituriyentlərini təbrik ediblər.

“Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Departamentinin direktoru Hökümə Kərimova da çıxış edərək gəncləri təbrik edib, onlara gələcəkdə uğurlar arzulayıb və qeyd edib: “Təhsilə yönəlik layihələrə dəstək olmaq, “Nar” üçün yalnız bir sosial məsuliyyət deyil, eyni zamanda ölkəmizin uğurlu gələcəyinin qurulmasına töhfə vermək deməkdir. Sizin inkişafınız ölkəmizin gələcək uğurlarının təməlini təşkil edir və biz bu yolda sizə dəstək olmağa davam edəcəyik”.

“Nar”ın artıq səkkiz ildir ki, ənənəvi olaraq, davam etdirdiyi bu təşəbbüs mobil operatorun təhsilə verdiyi önəmini bir daha sübut edir.

DOĞRU.AZ

image-17255315015754317366_1200x630 image-17255315012251229141_1200x630 image-17255315015445721775_1200x630 image-1725531501497264146_1200x630 image-17255315011633829110_1200x630 image-17255315012321010072_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
42
dogru.az

10Mənbələr