AZ

Nazir sevgilisini müşavir etməyə çalışdı, ölkə qarışdı – FOTOLAR

İtaliyanın 62 yaşlı mədəniyyət naziri Gennaro Sangiulianonun 41 yaşlı sevgilisini nazir müşaviri etməyə çalışması ölkədə qalmaqala səbəb olub.

Medianews.az xəbər verir ki, evli olan nazir hər şey üzə çıxdıqdan sonra istefa verib.

Baş nazirin onun istefasını qəbul etmədiyini iddia edib. Nazirin sevgilisinin eyni zamanda sosial media fenomeni olduğu üzə çıxıb. Nazir həyat yoldaşı və baş nazirdən üzr istəyib.

Nazirin sevgilisinin  G7 toplantıları kimi hadisələrlə bağlı həssas təhlükəsizlik məlumatlarına da çıxış əldə etdiyinə dair şübhələr yaranıb.

Qeyd edək ki, G7 (Yeddilik Qrupu) yeddi ölkənin beynəlxalq birliyidir. Qrup yeddi ölkədən ibarətdir: Almaniya, ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Yaponiya və Kanada və Avropa İttifaqı da G7-də təmsil olunur.

Medianews.az

maria-rosaria-boccia-sangiuliano-1066x768

İtalya

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
medianews.az

1Mənbələr