AZ

Bizim tələbimiz odur ki, araşdırma ciddi aparılsın -Məzahir Pənahov

“Bu gündən ancaq poçtla daxil olan şikayətləri iclasda müzakirəyə çıxaracağıq”.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bu iclasdan sonra gələn müraciətlərin vaxtı keçmiş sayılacaq: Bu gün gələn müraciətlərə baxdıq. Bu iclasdan sonra gələn müraciətlərin isə vaxtı keçmiş sayılacaq. Bunu diqqətə çatdırmaq lazımdır. Çünki kimsə deməsin ki, ayın 5-də şikayət ünvanladı, baxılmadı, amma başqasına baxıldı. Bu gün baxılanlar saat 18:00-a qədər daxil olan müraciətlərdir”.

Məzahir Pənahov əlavə edib ki, Dairə Seçki Komissiyaları (DSK) MSK-nın göndərdiyi müraciətləri ətraflı araşdırıb, qərar qəbul etməlidir: “Bir çox müraciətlər Dairə Seçki Komissiyalarına edilməli idi, amma bizə göndəriblər. Qayda pozulub. İstənilən halda dairələr elə etməlidir ki, şikayətçi araşdırmanın aparılmasından razı qalsın. Qərardan razı qalmaya bilərlər, öz işiləridir. Bizim tələbimiz odur ki, araşdırma ciddi aparılsın”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
ikisahil.az

1Mənbələr