AZ

Uqandalı atleti xilas etmək mümkün olmadı

Olimpiya Oyunlarının iştirakçısı, uqandalı atlet Rebekka Çepteginin sevgilisinin hücumuna məruz qaldığı haqqında məlumat vermişdik. Uzaq məsafələrə qaçışla məşğul olan idmançının bədəninin 75%-də yanıqlar var idi. Bu gün verilən məlumata görə, atlet dünyasını dəyişib.

“Bu səhər tezdən məişət zorakılığının qurbanı olan idmançımız Rebekka Çepteginin vəfat etməsini böyük kədər hissi ilə bildiririk.

Biz bu cür hərəkətləri pisləyir və ədalətə çağırırıq. Ruhu şad olsun”, – deyə Uqanda Atletika Federasiyasının bəyanatında deyilir.

Çepteginin 33 yaşı var idi. Paris Olimpiadasında marafonda o, 44-cü yeri tutmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
futbolinfo.az

1Mənbələr