AZ

DAHA 10 DAİRƏ ÜZRƏ ŞİKAYƏTLƏR ARAŞDIRILIR - MSK qərar verdi, 2 dairədən isə müraciət rədd olundu 

Mərkəzi Seçki Komissiyası quruma daxil olan 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib.

Mia.az xəbər verir ki, bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahovun sözlərinə görə, bu gündən ancaq poçtla daxil olan və müəyyən edilmiş 3 günlük müddəti əhatə edən şikayətlərə baxacaq: "Qanuna əsasən, müraciətlər üçün ayrılan vaxt başa çatıb. Poçtla göndərilən müraciətlərdə isə gecikmə olduğuna görə ştamp vurulan tarix 3 günlük müddətə uyğun gələn müraciətlərə MSK-da müzakirəyə çıxarılacaq. Tələbimiz budur ki, araşdırma ciddi aparılsın".

Mia.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
mia.az

1Mənbələr