AZ

Əhməd İsmayılov: “Azərbaycan müəllimi” qəzetinin keçdiyi şərəfli yol milli mətbuat tariximizin ayrılmaz tərkib hissəsi və qürur mənbəyidir

Bakı, 5 sentyabr, AZƏRTAC

Gələn il 150 illik yubiley yaşını tamamlayacaq milli mətbuatımızın 90 ilinə şahidlik etmiş qəzet ölkəmizdə maarifin, milli-mənəvi dəyərlərin təbliğində yüksək peşəkarlıq göstərərək nəşr olunduğu bütün dövrlərin salnaməsini yarada bilmişdir. “Azərbaycan müəllimi” qəzetinin keçdiyi şərəfli yol milli mətbuat tariximizin ayrılmaz tərkib hissəsi və qürur mənbəyidir.

AZƏRTAC xəbər verir ki, bu Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubiley tədbirində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov söyləyib. O vurğulayıb ki, Azərbaycan ziyalılarının başladığı maarifçilik hərəkatının vacib prinsipləri olan məktəbin, maarifin təbliği “Azərbaycan müəllimi” qəzetinin toxunduğu mövzular içərisində daim prioritet təşkil edib və bu gün də öz tarixi irsinə, prinsiplərinə sadiqlik redaksiya tərəfindən yaradılan kontent nümunələrində özünü qoruyub saxlamaqdadır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
azertag.az

5Mənbələr