AZ

Qazaxıstan çempionu maliyyə problemi ilə üzləşdi - Milyonlarla borcu var

Qazaxıstan çempionu “Ordabaşı” maliyyə sıxıntısı yaşayır. 

Fanat.Az xəbər verir ki, məlumatı "Sports.kz" yayıb.

Mənbənin məlumatına görə, ödənməyən vergiyə görə problem yaşayan Çimkənd təmsilçisinin əvvəlki illərdən də borcu toplanıb.

"Bu ilin əvvəlində hazırkı çempiona şəhər xəzinəsindən ilk olaraq 1,2 milyard tenge (2,48 milyon dollar) pul ayrılmışdı ki, 2024-cü ildə Avropa Liqası və Konfrans Liqasında iştirak edə, yarışa hazırlaşa bilsin. Maraqlısı odur ki, avrokubokdan sonra “Ordabaşı”nın büdcəsi tamamilə boşalıb. Qazaxıstan çempionunun 153,1 milyon tenge (313,2 min dollar) məbləğində vergi borcu var. Əvvəlki illərdən də ümumi məbləği 4,2 milyard tenge (8,7 milyon dollar) məbləğində borc toplayıb". 

Yeri gəlmişkən, Qazaxıstanın ən güclü komandası avrokuboklarda uğurla iştirak edə bilməyib. Çimkənd klubu Çempionlar Liqasında Moldova təmsilçisi “Petrokub”a uduzub (0:0, 0:1). Daha sonra Konfrans Liqasında mübarizəni davam etdirən komanda Lüksemburq “Differdanj”ını çətinliklə keçib (4:3, 0:1). Ancaq "Ordabaşı" növbəti mərhələdə “Pünik”ə hər iki oyunda uduzub (0:1, 0:1).

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
fanat.az

1Mənbələr