AZ

Əlizadədən qızıl, İmranovdan gümüş medal

Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, millimiz aktivinə daha bir medal yazdırıb.

60 kq çəki dərəcəsində Nizami İmranov mübarizəyə 1/8 finaldan başlayıb. O, italiyalı Françesko Sampinonu məğlub edərək növbəti mərhələyə yüksəlib. Nizami 1/4 finalda serbiyalı Marko Yorgiçdən də üstün olub. Nizaminin yarımfinalda fransalı rəqibi Zahariye Dijola qalib gəlib. İmranov həlledici qarşılaşmada Nazar Viskova (Ukrayna) uduzaraq gümüş medalla kifayətlənib.

57 kq çəkidə isə Fidan Əlizadə ilk görüşdə lixteynşteynli Lei Vissadan üstün olub. O, 1/8 finalda sloveniyalı Yevgeniya Qaiçi də məğlub edib. Növbəti mərhələdə britaniyalı Kloe Linkdən də güclü olan Fidan yarımfinala yüksəlib. Bu mərhələdə Əlizadənin Vanessa Toleaya (Rumıniya) heç bir şans verməyib. Cüdoçumuz gürcüstanlı Nino Loladzeni məğlub edərək qızıl medal qazanıb.

Qusarda yeni Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb

Cüdoçumuz dünya çempionatında qızıl medal qazanıb

Yeniyetmə cüdoçularımız Dünya Çempionatında çıxış edəcək

Cüdoçumuz ikiqat dünya çempionu olub

Cüdoçularımız dünya çempionatında iştirak edəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
apasport.az

1Mənbələr