AZ

Neft Fondunun 6 aylıq dollar satışı maraqlı prosesə çevrilib...

Image

Ölkədə dollara tələbatın artmasına səbəb nədir?

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən yayılan məlumata görə, 2024-cü ilin avqust ayı ərzində 763 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılaraq satılıb.

Fond tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, Fondun avqust ayında valyuta satışı iyul ayı ilə müqayisədə 63,3 milyon ABŞ dolları və ya 7,7% azalıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində, mart ayı ərzində 498,3 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində isə 623,4 milyon ABŞ dolları məbləğində, may ayı ərzində 558,6 milyon ABŞ dolları, iyun ayı ərzində 405,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Əvvəla onu qeyd edək ki, bu il ötən ilin eyni dövrü ilə müqayisədə Fond 2,1 dəfə daha çox valyuta hərraca çıxararaq satıb. Ötən ilin eyni dövründə bankların tələbatı 2 milyard 234 milyon dollar idi. Bu ilin 8 ayı ərzində isə artıq 4 milyard 690,7 milyon dollar satılıb. 2023-cü il ərzində ümuilikdə təxminən 3,9 milyard dollara yaxın valyuta hərraca çixarılaraq satılib.

Əsas sual ondan ibarətdir ki, dollara tələbat ötən illə müqayisədə nə üçün aşırı dərəcədə artıb və aylar üzrə dalğalanmaların səbəbi nədir?

İlk ölcə onu qeyd edək ki, dollara tələbatın artmasının əsas səbəbi ölkəyə idxalın artmasıdır. Kommersiya banklarında satılan dollar kütləsinin 95 faizindən çoxunu xaricdən ölkəyə mal idxal edən sahibkarlar alır. Onlar ölkəyə idxal edilən malları xaricdən dollara alıb, ölkə daxilində manata satır. Növbəti mərhələdə sahibkara yenidən mal idxal etmək üçün dollar lazım olur. Bu halda sahibkar banklara müraciət edir. Bankların isə ölkədə yeganə valyuta əldə edə bildiyi mənbə Dövlət Neft Fondunun hərraclarıdır. Digər mənbələrdə, qeyri-neft-qaz sektorunun ixracatından və xarici turizmdən ölkəyə çox çuzi məbləğdə xarici valyuta daxil olur.

Ona görə də idxal azalanda dollara tələbat azalır, idxal artanda isə dollara tələbat artır. Başqa sözlə desək, idxalla daxildə dollara tələbat düz mütənasibdir.

O ki qaldı aylar üzrə dollara tələbat qrafikinin dalğalanmasına, yəni artıb-azalmasına, bu, sahibkarların idxal etdiyi malın ödənişlər üzrə tarixlərdə müxtəlif vaxtlara təsadüf etməsi ilə bağlıdır. Yəni bir ayda təsadüfən ödənişlər daha çox olur, digər ayda isə bir qədər az olur. Yəni aylar üzrə dollara tələbat mal tədarükü ödənişlərinin məbləği ilə düz mütənasibdir - ögənis məbləğlərinin həcmi artanda dollara tələbat artır, azalanda isə əksinə, azalır.

İndi isə gəlin rəqəmlərə müraciət edək. 2022-ci ildə Azərbaycanın ixracatı 38,1 milyard dollar, idxalı 14,5 milyard dollar, ticarət saldosu isə müsbət 23,6 milyard dollar təşkil etdiyi halda, 2023-cü ildə bu göstəricilər, müvafiq olaraq, ixracat 33,9, idxal 17,3, ticarət saldosu isə müsbət 16,6 milyard dollar təşkil edib. Goründüyu kimi, bir il ərzində ixracat 4,2 milyard dollar, xarici ticarət saldosu 7,6 milyard dollar azalıb, idxal isə 3,8 milyard dollar artıb.

2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18 milyard 225,4 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 10,9 milyard dollarını və ya 59,9 faizini ölkədən ixrac olunmuş məhsulların (neft-qaz qarıdıq), 73,0 milyard dollarını (40,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 36,2 milysard dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,9 faiz, real ifadədə 7,6 faiz, o cümlədən ixrac 7,6 faiz azalıb. Rəqəmlərdən də göründüyü kimi bu ilin 5 ayı ərzində də ötən ilki tendensiya davam edib. Yəni ixrac azalıb, idxal isə artıb. Bunun təsiri altında müsbət ticarət saldomuz da azalıb.

Bir qədər sadələşdirsək, bizə dollar gətirən ixracat azalıb, bizdən dollar aparan idxal isə artıb və bu tendensiya davam etməkdədir. Bəs bunun səbəbi nədir?

Vurğulamaq gərəkir ki, ölkədə neft hasilatı və onunla bərabər ixracat azalır. Artan qaz ixracatı isə onu kompensasiya edə bilmir. Digər tərəfdən isə, ölkə daxilində istehsal ildən-ilə zəifləyir və onun yerini idxal malları tutur ki, bu da dollara tələbatı artirır.

Oturuşmuş iqtisadiyyata malik ölkələrdə idxal-ixrac balansını özəl sektor tənzimləyir. Belə ki, ixracatçilar ixracatdan əldə etdikləri dolları banklara sataraq manat əldə edir ki, ölkə daxilində özünün təkrar istehsalını və ixracatını təmin etsin. İdxalçılar isə ixracatçiların banklara satdıği dollar kütləsindən bir hissəsini alaraq öz mal idxalını reallaşdirır. Bu sistem özü-özünü tənzimləyir. Belə olan halda yerli valyuta kursunu da tənzimləməyə ehtiyac qalmır - valyuta üzən məzənnə rejimində tənzimlənir. Təbii sərvətləri olmayan ölkələr öz iqtisadiyyatıni məhz bu sxem üzərində inkişaf etdirir. Çox təəssüf ki, biz hələ bu sistemi qura bilməmişik.

Akif NƏSİRLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
baki-xeber.com

1Mənbələr